"Fənərbağça"da seçki öncəsi gərginlik artmaqda davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidentliyinə keçirləcək seçkidə hazırkı rəhbər Ali Koçun idarə heyətinin siyahısında yer alan Acun Ilıcalı prezidentliyə digər namizəd Aziz Yıldırım tərəfindən hədəfə gətirilib.
Azız Yıldırım onu gözəl qadınları tora salmaqda ittiham olunaraq ömürlük həbsə məhkum olunan Adnan Oktarla15 il birgə hərəkət etməkdə ittiham edib: "O, "Adnan hocaçıdır, onun ən fəal tələbəsi olub..."
Azız Yıldırmın bu iddiasından sonra media bu məsələni tirajlamağa başlayıb.
Acun Ilıcalı isə sahibi olduğu telekanala müsahibə verərək, bu iddianı inkar edib: "Aziz Yıldırım bu iddialardan birini sübut etsə, məni bir daha buralarda görməyəcəksiniz. Elə böhtanlar atılır ki, özümü Eskobar (məşhur narkobaron - Mia.az) kimi hiss etməyə başladım".
"Fənərbağça" üçün hər şeyini riskə atdığını iddia edən Ilıcalı bildirib ki, bu seçkiyədək həyatı çox gözəl olub: "Çox xoşbəxt idim. Bununla belə, "Fənərbağça"da yer alıb, məsuliyyətdə özümə pay götürməyə qərar verdim. Buna qədər hər gün düşünürdüm ki, görəsən rəqib komandalardan mənə zərər gələrmi? Məgər ki, mənim düşmənim çöldə deyil, içəridəymış...".
Fərid ASLAN
MİA.AZ