2021-2022 mövsümündən sonra "Beşiktaş"da futbolçu karyerasını bitirən sabiq milli futbolçu Mehmet Topal məşqçi kimik ilk vəzifəsini alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 38 yaşlı Topal Rumıniya superliqa komandalarından "Petrolul Ployeşti" ilə anlaşıb.

Məlumatda müqavilənin detalları açıqlanmasa da, adıçəkilən Rumıniya klubunun türkiyəli iş adamları Serhan Çetinsaya və Sertaç Güven tərəfindən satın alındığı qeyd edilib.

Xatırladaq Türkiyə milllisinin keçmiş üzvü olan Mehmet Topal 2022-ci ildə "Beşiktaş" forması ilə futbolçu karyerasına son qoyub. 

O, karyerası ərzində  "Çanaqqala Dardanelspor", "Qalatasaray", "Valensiya", "Fənərbaxça", Başakşehir və "Beşiktaş"ın formaları geyinib.

Fərid Aslan

MİA.AZ