Türkiyənin Muğla şəhərində qadın mafiya lideri oteldə güllələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oteldə saxta pasportla qalan və cinayətkar aləmdə "Hanımağa" ləqəbli ilə məşhur olan Güniz Akkuş elə otelin qarşısında silahla hücuma məruz qalıb.
Məlumata görə, o, ayaqlarından viurulub: ""Hanımağa" hazırda xəstəxanadadır, vəziyyəti ölümcül deyil..."
Türkiyə mətbuatı bu hadisəni mafiyalararası hesablaşma kimi dəyərləndirib.
Maraqlıdır, bəs "Hanımağa" kimdir?
Məlumata görə, dünıənin polisi, bu günün isə mafiya lideri olan Güniz Akkuş 1976-cı ildə doğulub. O, 15 yaşına qədər ailəsi ilə Almaniyada yaşayıb. Güniz Akkuş oradan Antalyada tətilə gələrəkən türk polislərini görür və polis olmaq qərarını verib: "Bu mqəsədlə o, İzmirdə Rüştü Ünsal Polis Peşə Məktəbinə qəbul ollub və oranı uğurla bitirib.
2000-ci ildə xidmətə başlayan Güniz Akkuş qısa müddət ərzində Narkotiklərlə Mübarizə Şöbə Müdirliyinə transfer olub. Akkuş burada rəisi ilə mübahisə etdiyi üçün cəza olaraq Kilisə "etap" olunub. Ancaq o, burada da rəisi iə yola getməyib. Burada rəisini təhdid etdiyinə görə polisidən qovulub. Elə həmin vaxtdan İstanbula köçən və qısa zamanda "Hanılmağa" adıyla tanınmağa başlayan Akkuş burada özünə çetə qurur. İddialara görə, o, İstanbulda 20 nəfərlik çete ilə əyləncə məkanlarından xərac toplamağa başlayıb. Akkuş 2006-cı ildə bir nəfəri güllələdiyi üçün 3 il müddətinə həbsə məhkum edilib. O, 2015-ci ildə Ümrəyə gedib, bundan sonra pis işlərə “tövbə" etdiyini bəyan edib. Lakin Akkuş 2021-də daha bir cinayətə görə tutulur və çete lideri olduğunu gizlətmir...".
Yeri gəlmişkən, 2019-cu ildə Güniz Akkuş bir videomüraciət yayır. Həmin videoda o, məşhur mafiya lideri Sedat Pekeri açıq şəkildə təhdid edərək deyib: "Mənə bax Sedat Peker! Sənə on gün vaxt verirəm. On gündən sonra gecəninbirində səni ziyarətə gələcəm. Ziyarətə gələndə süd şüşəni, əmzik və "pampers"ini də gətirəcəyəm. Bi, bir gecə əmziklə gələcəm".
Tahir Şəlvəli
MİA.AZ