Türkiyənin Zonquldak bölkəsində azərbaycanlı universitet tələbəsi Əli S.K.-nın (ad şərti verilib- Mia.az) başına olmazın müsibətləri gətirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, narkotik çete ilə oturub-duran 25 yaşlı Əli Zonquldak Bülent Ecevit Universitetinidə üstündə olan tapançanı itirib.
Məlumata görə, itən tapanmçanı götürüən polislər onun izinə düşüb.
Çete mənsubları isə bu səbəbdən "Sən polisi bizim arxamıza saldın" deyərək onun başına rüsvayçı oyunlar açıblar.
Türkiyə mətbuatı cinayət işinin materiallarına istinadla yazır ki, Zonguldakda üzvü olduğu narkotik şəbəkəsinə aid silahı polisə ələ keçirtdiyi üçün işgəncələrə məruz qalan azərbaycanlı universitet tələbəsini 5 nəfər əvvəlcə Qazintepdə girov götürüblər: "Orada onu döyərık qoluna qədər sındırıblar. Daha sonra isə Əlinin pasportunu, telefonunu əlindən alaraq maşında döyə-döyə Zonquldaka gətiriblər. Burada onu kirayə götürülən bir evə gətiriblər. Orda onu taxta qaşıqlar 2 nəfər zorlayıblar..."
Məlumata görə, azərbaycalı tələbə fürsət tapan kimi qaçaraq polisə sığınıb: "Taxta qaşıqla cinsi təcavüzə də məruz qalan Əli mayın 3-də öldürülmək üzrə olduğu zaman qaçaraq polisə sığınıb. Əli dəstə haqda polisö hərtərəfli bilgi verib. Onun təqdim etdiyi dəlillər və ifadələr işığında polis qrupları əməliyyat təşkil edib. Saxlanılan 8 nəfərdən 50 yaşlı Ayhan Küçükdere, onun 25 yaşlı oğlu Səməd Küçükdere və 28 yaşlı Mehmet Can Arslaner həbs edilib. Digər 3 nəfər isə prokurorluğa ifadə verdikdən sonra azad ediliblər. H.C. və F.O adlı şəxslər isə polis nəzərəti ilə ev dustaqlığına buraxılıblar. Əli isə polislərin müşayiəti ilə doğulduğu Azərbaycana göndərilib".
Xəbərdə deyilir ki, artıq iş üzrə məhkəmə başlayıb: "Zonguldak 3-cü Ağır Cəza Məhkəməsi müttəhimlər Ayhan Küçükdere, oğlu Səməd Küçükdere və Mehmet Can Arslanerə “silahlı soyğunçuluq”, “Zor işlətməklə, hədə-qorxu, gvirov saxlama, işgəncə və cinsi zorakılıq üzrə ümumilikdə 203 il müddətinə azadlıqdan məhrum edilmə tələblərini baxşa qəbul edib".
iclasda ittihamnamə oxunub, eyni zamanda, Əlinin 6 dəqiqə 40 saniyə və 2 dəqiqə 7 saniyəlik iki dəfə qaşıqla zorlanmasından bəhs edən videolar nümayiş olunub.
Türkiyə mətbuatında yer alan həmin xəbəri daha ətraflı buradan izləyə bilərsiniz:
https://www.haberler.com/guncel/tahta-kasikla-cinsel-saldiri-davasinda-saniklara-17391270-haberi/
Tahir Şəlvəli
MİA.AZ