Türkiyə superliqasına yeni yüksələn "Bodrum FK"nın baş məşqçisi İsmet Taşdemir "Fənərbağça" ilə dünən müqavilə imzalayan məşhur məşqçi Joze Mourinyo haqda maraqlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əyalət komandasının çalışdırıcısı Joze Mourinyoya meydan oxuyub. 

O, məşhur məşqçiyə görə oyun sistemi qurmayacaqlarını deyib: "Sırf Mourinyo var, yaxud başqası var deyə  sakitcə oturub seyirçi olmayacağıq. Əlbəttə, bu, Super Liqanın hər keçən gün daha böyük bir brendə çevriləcəyini göstərir. Mourinyo da çox uğurlu, karyera məşqçisidir. Bir çox gənc məşqçinin örnəyi liqamızda olacaq. Bununla belə, bilirəm ki, dünyada heç kim heç kimkmdən artıq deyil. Əgər işinizi həqiqətən sevirsinizsə, çox çalışsanız və düzgün oyunçu qrupuna sahibsinizsə, mütləq haradasa mükafat alacaqsınız. Sadəcə Mourinyo var deyə bir kənara oturmayacağıq, öz bilik və təcrübəmizi qataraq mübarizəyə girəcəyik".

Fərid

MİA.AZ