"Qalatasaray"ın prezidenti Dursun Özbək"Fənərbaxça"nın baş məşqçi postuna Joze Mourinyonu gətirməsinə maraqlı reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk əvvəl qarşıdakı mövsümdən söz açan Özbəkin sözlərinə görə, Çempionlar Liqasında pley-offa hzırlıq sürətlə gedir: "Təbii ki, biz buna çoxdan hazırlıq görürük. Hazırlıqlarımız çoxdan başlayıb, biz hazırıq. Azarkeşlərimizi sevindirəcək komanda qurmaq üçün çalışırıq. Əsas məqsədimiz uğur qazanmaqdır. Heç kim narahat olmasın, biz hazırıq”.
Daha sonra əzəli rəqibi "Fənərbağça"nın Joze Mourinyo ilıə anlaşması barədə suala belə cavab verib: "Əlbəttə, Joze Mourinyo çox önəmli bir insandır. Rəqibin bahalı transferlərə əl atması o deməkdir ki, "Qalatasaray"ın ötən mövsüm digər komandaları çox narahat edib. Ancaq çox çalışsalar da, fərq etməz. "Qalatasaray", təbii ki, "Qalatasaray"dır. Her zaman qazanan komanda kimi yenə öndə olacağıq..."
Fərid
MİA.AZ