"Fənərbağça" klubu dünyaca məçhur baş məşqçi Joze Mourinyo ilə Ülkər Stadionunda minlərlə azarkeşin iştirakı ilə imza mərasimi keçirib.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, mərasimlə Mourinyo "Fənərbağça" prezidenti Ali Koçla birgə gəlib.
Müqavilə imzalamazdan əvvəl “Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyo azarkeşlərlə görüşüb, onların formalarına imza atıb, fotolar çəkdirib.
Daha sonra prezident Ali Koçla müqavilə imzalayan Mourinyo açıqlama verib: "Adım "Fənərbağça" ilə hallanan kimi göstərdiyiniz sevgini dərindən hiss etdim. Normalda məşqçi bu sevgini qələbədən sonra alır. Amma ondan əvvəl mən bu sevgini sizlərdən gördüm. Bu sevgi mənə böyük məsuliyyət qoyur. Mən də sizin ailənizdənəm. Bu forma mənim dərim və sümüklərim kimidir. Futbol ehtirasdır. Düşünürəm ki, mən bu ehtirası hiss edə biləcəyimiz ən yaxşı yerlərdən birindəyəm. zarkeşlərə deyirəm: sənin xəyalların, mənim xəyallarımdır. Ali Koçla söhbətdən sonra burada daha çox olmaq istədm. Səmimiyyətlə deyə bilərəm ki, sizlərin futboal çılğınca bağlılğınız burada olmağımı daha da gücləndirdi. Siz çox böyük bir fan qrupusunuz. Bunu bütün qəlbimlə deyirəm, sizin istəyiniz, xəyallarınız üçün burada olmaq istədim. Türkiyə futboluna kömək etmək və Türkiyə Liqasını inkişaf etdirmək üçün burada işləmək istəyirəm. Amma ən əsası, əslində önəmli olan "Fənərbağça"dır. Bundan sonra sənin arzuların mənim arzularımdır. Bu forma indi mənim dərim və sümüklərim kimidir!"
Fərid Aslan
MİA.AZ