Hər il olduğu kimi bu ildə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi  günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən  rayon ərazisində yerləşən “KOALA” Uşaq və Əyləncə Mərkəzidə xüsusi qayğıya ehtiyacı olan    uşaqlar üçün  tədbir keçirilİB.

Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Nəsimi rayonunda yaşayan və 268 nömrəli Xüsusi məktəbdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan  uşaqlar iştirak ediblər.

Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlara və 268 saylı Xüsusi məktəbdə təhsil  alan  şagirdlərə  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.