Sabah UEFA Çempionlar Liqasının finalı olacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, finalda Almaniya təmsilçisi "Borussiya Dortmund"la İspaniyanın "Real Madrid" komandası üz-üzə gələcəklər.
Oyuun Bakı vaxtilə saat 23.00-da başlayacaq. Qarşılaşmanın baş hakimi sloveniyalı Slavko Vinçiç, köməkçiləri eyni ölkədən Tomaz Klancnik və Andraz Kovacic təyin edilib.
Fransalı Fransua Letexier yarışın dördüncü hakimi, sloveniyalılar Neyc Kajtazovic və Rade Obrenovic və italyan Massimiliano İrrati isə Video köməkçi hakimlər (VAR) funksiyasını yerinə yetirəcəklər.
Xatırladaq ki, “Borussiya Dortmund” və “Real Madrid” avrokuboklarda 15-ci dəfə üz-üzə gələcək. İndiyə qədərki qarşılaşmalarda "Real" 6, "Borussiya" isə 3 dəfə qalib gəlib. 5 oyun isə heç-heçə ilə bitib. Bu matçlarda “Real Madrid” 24, “Borussiya Dortmund” isə 19 qola imza atıb.
Onu da qeyd edək ki, final matçında hər iki komandanın heyətində türk oyunçular da yer ala alacaq.
"Real Madrid"də Arda Gülər (sonradan) və "Borussia Dortmund"da isə Əmre Canın meydana çıxacaqları gözlənilir.
Beləliklə, komandaların ilk 11-liyinin belə olacağı iddia olunur:
"Borussiya Dortmund": Gregor Kobel, Julian Ryerson, Mats Hummels, Nico Schlotterbeck, Ian Maatsen, Emre Can, Marsel Sabitzer, Kərim Adeyemi, Julian Brandt, Jadon Sancho, Niclas Füllkrug
"Real Madrid": Tibo Kurtua, Dani Karvaxal, Naço, Antonio Rüdiger, Ferland Mendi, Federiko Valverde, Toni Kroos, Eduardo Kamavinqa, Jude Bellinqem, Rodriqo, Vinisius Junior
Fərid Aslan
MİA.AZ