Səhiyyə Nazirliyinin radiosu - “Sağlam Radio” 93.0 FM tezliyində yayımlanmaqla iyunun 3-dən fəaliyyətə başlayır.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, radioda həftə içi beş gün saat 08:00-dan 10:00-dək “Sağlam səhər”, saat 18:00-dan 20:00-dək “Sağlam həyat” verilişləri efirdə olacaq. Verilişlərdə Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər: "Ölkə və dünyada səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan “Sağlam Xəbərlər”dən eşidəcəksiniz. “Sağlam Radio”nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq etməkdir".