Uruqvaylı məşhur hücumçu Edinson Kavani ölkə yığmasındakı karyerasına son verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun özü açıqlama verib.
Hazırda Argentinanın “Boka Xuniors” komandasında oynayan futbolçu indiyədək ona dəstək olan hər kəsə təşəkkür edib: "Ancaq indi yığmadan getmək, gənclərə yol açmaq vaxtıdır".
Xatırladaq ki, Uruqvay Milli Komandası ilə 136 matçda 58 qol vuran Kavani ölkəsinin Luis Suaresdən (68) sonra bütün zamanların ikinci bombardiri olub.
Kavani 2011-ci ildə milli komanda ilə Amerika kubokunun qalibi olub.
Fərid Aslan
MİA.AZ