Türkiyənin "Sivasspor" komandasının Baş məşqçisi Bülent Uyğun sosial şəbəkədə onu və ailəsini təhqir edənlər qarşı savaş açıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, indiyədək 1500-dn çox insanı söyüş və təhqirləər görə məhkəməyə verib.

Bülent Uyğun bildirib ki, o, belə hallara qarşı dözüm göstərmək fikrində deyil: "Əgər söyüş söyürsənsə, o zaman doğrudan xaraktersizsən. Bu səbəbdən onun kimilərlə ancaq qanunun dili ilə danışmaq gərəkdir. İndiyədək sosial mediada özümə və ailəmə qarşı söyüş dolu təhqirlər yazanları  müəyyənləşdirdik. Təxminən 1500 nəfəri məhkəməyə verdik. Təxminın 87 nəfərin 30 min lirədən 150 minədək cərimələnməsinə və üzrxahlığına nail olduq. Üstəlik, vəkil xərcləri də onların üzəriə yükləndi. Bunların hamısının eyni qaydada cəzalandırılmasına nail olacağam".

B.Uyğunun sözləriunə görə, əldə olunan pullar uşaq evlərinə köçürülür: "Hələ qarşıda 1000-dən çox şəxslə bağlı məhkəmə davam edir...".

Fərid Aslan

MİA.AZ