Bu gün rəsmi mərasimlə "Antalyaspor" klubu ilə 2 il müddətinə müqavilə imzalayan baş məşqçi Aleks de Souza tərəfdarlara müsaj verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, burada çox xoşbəxt olduğunu deyib:
"Türkiyə mənim üçün çox doğmadır. Buraya gəldiyim gündən bura komandaya yaxşı enerji vermək istəyirəm "Antalyaspora ən yaxşı şəkildə xidmət etmək və mümkün olan ən yaxşı işləri görmək üçün hər şeyi edəcəyik. Rəqabətli və azarkeşlərə izləməkdən həzz verən "Antalyaspor" yaratmaq istəyirik. Düzgün komanda quracağıq. Düzgün büdcə ilə transferlər həyata keçirəcəyik. Brazilyadan da daha yaxşı futbolçular gətirməyi düşünürük"
Aleks qeyd edib ki, komandanın məşqçilər korusunda da dəyişiklik olunacaq: "Semih Şentürk məşqçi korpusunda daha olmayacaq. Braziliyadan 2 köməkçi məşqçi gətirəcəyəm: Joao Paolo və Ze Roberto. Mehmet Aurelio da bizimlə olacaq. Dediyim kimi, rəqiblə ciddi mübarizə apara bilən, sabit və azarkeşləri stadiona gətirəcək komanda yaratmaq istəyirəm. Bunun üçün də Ziko, Pereyra və Lazaroni kimi dahii məşqçilərlə də məsləhətləşirəm".
Fərid
MİA.AZ