Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünyanın ən bahalı 100 futbolçusunu adlarını yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, siyahıda yeganə bir türk oyunçu da var.

Siyahıya əsasən, “Real Madrid”də çıxış edən türkiyəli Arda Gülər 67.9 milyon avro qiymətiylə 90-cı yerdə qərarlaşıb.

Ən bahalı futbolçu da onun komanda yoldaşıdır. 280,4 milyon avro dəyər biçilən Jude Bellingham ilk sıradadır.

Beləliklə, siyahıda ilk 15-likdə bu oyunçula yer alıb:

1. Jude Bellingham (Real Madrid) - 280,4 milyon avro

2. Erlinq Haaland (Mançester Siti) - 255,3 milyon avro

3. Vinisius Junior (Real Madrid) - 240,8 milyon avro

4. Rodriqo (Real Madrid) - 220,7 milyon avro

5. Fil Foden (Mançester Siti) - 203,8 milyon avro

6. Bukayo Saka (Arsenal) - 195,2 milyon avro

7. Julian Alvares (Mançester Siti) - 168,4 milyon avro

8. Lamine Yamal (Barselona) - 140,8 milyon avro

9. Martin Odegaard (Arsenal) - 135,6 milyon avro

10. Florian Wirtz (Bayer Leverkuzen) - 133,8 milyon avro

11. Qabriel Martinelli (Arsenal) - 127,1 milyon avro

12. Koul Palmer (“Çelsi”) – 126,4 milyon avro

13. Federiko Valverde (Real Madrid) - 124,3 milyon avro

14. Rasmus Hojlund (Mançester Yunayted) - 123,7 milyon avro

15. Camal Musiala (Bavariya) - 120,5 milyon avro

Fərid ASLAN

MİA.AZ