AVRO-2024-də çıxş edəəck Türkiyə millisinin heyətində daha bir dəyişiklik olunub.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Fənərbağça"nın təcrübəli müdafiçisi Çağlar Söyüncü zədəsi səbəbindən heyətdən çıxarılıb.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, onun yarışda iştirakı zədəyə görə mümkünsüz sayılıb.

Xatırladaq ki, bundan əvvəl 20 yaşlı hücumçu Bertuğ Yıldırım da heyətədn çıxarılıb. O, gənclərdən ibarət yığmaya göndərilib.

Fərid Aslan

MİA.AZ