Qəbələdə saxlanılan bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl ilə polis tərəfindən profilaktiki iş aparılıb və onlar sərbəst buraxılıblar.

Mia.az xəbər verir ki, bu barədə DİN Mətuat Xidmətinin regional qrupu məlumat yayıb.

***

Bloger Fatima Movlamli və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

Qeyd edilib ki, ictimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək.