Türkiyə millisinin AVRO-2024-dəki rəqiblərindən olan Çexiyanın yekun heyəti açıqlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iyunun 14-dən iyulun 14-dək Almaniyada davam edəcək turnirə Çexiya yığmasının baş məşqçisi İvan Haşek aşağıdakı 26 futbolçu ilə yollanacaq:
Qapıçılar: Vitezslav Yaros (Şturm Qrats), Matey Kovar (Bayer Leverkuzen), Jindrix Stanek (Slaviya Praqa)
Müdafiəçilər: Vladimir Kufal (Vest Hem Yunayted), David Doudera (Slaviya Praqa), Tomas Holes (Slaviya Praqa), Robin Hranac (Viktoriya Plzen), David Jurasek (Hoffenheim), Ladislav Kreyci (Sparta Praqa), Martin Vitik (Sparta Praqa) , Tomas Vlçek (Slaviya Praqa), David Zima (Slaviya Praqa)
Yarımmüdafiəçilər: Antonin Barak (Fiorentina), Vatslav Çerni (Volfsburq), Lukas Cerv (Viktoriya Plzen), Matey Juraşek (Slaviya Praqa), Ondrey Linqr (Feyenoord), Lukas Provod (Slaviya Praqa), Mixal Sadilek (Tvente), Tomas Soucek West Ham United), Pavel Sulc (Viktoriya Plzen)
Hücumçular: Adam Hlozek (Bayer Leverkuzen), Tomas Çori (Viktoriya Plzen), Mojmir Çitil (Slaviya Praqa), Yan Kuchta (Sparta Praqa), Patrik Şik (Bayer Leverkuzen)
Xatırladaq ki, Türkiyə F qrupunda son oyununda iyunun 26-da Çexiya ilə qarşılaşacaq.
Fərid Aslan
Mia.az