Türkiyədə daha bir mafiya çökəldilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, Adanada həyata keçirilən əməliyyatla Mustafa Altınyüzük və Ramazan Altınyüzük qardaşlarının liderlik elədiyi mütəşəkkil cinayətkar qrup həbs olunub.

Nazir qeyd edib ki, əməliyyatda mafiyanın liderləri başda olmaqla, ümumilikdə 51 nəfər yaxalanıb: "Onlar əsasən Adana və Muğlada təhdid, yağma, qəsdən adam öldürməyə cəhd və qeyri-qanuni silah ticarəti və sair cinayətləri törətməkdə ittiham olunurlar".

Məlumatda o da deyilir ki, əməliyyat zamanı xeyli silah, sənəd və digər əşyayi-dəlillər ələ keçirilib.

Zülfiyyə

MİA.AZ