Səudiyyə Ərəbistanının 1-ci Liqa komandalarından olan "Əl Nassr"da çıxış edən Kriştiano Ronaldo bu mövsüm daha bir rekorda imza atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Əl Nassr" mövsümün son həftəsi matçında öz meydanında "Əl İttihad"ı portuqaliyalı ulduz Ronaldonun da 2 qol atdığı oyunda 4:2 hesabı ilə məğlub edib.

Bununla da bu mövsüm 31 matçda meydana çıxan və 35 qol vuran 39 yaşlı Ronaldo Səudiyyə Ərəbistanı Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu ünvanına sahiblənib.

Ronaldo eyni zamanda dörd fərqli liqada (İspaniya, İtaliya, İngiltərə və Səudiyyə Ərəbistanı) bombardiri olan ilk oyunçu oldu.

Fərid

Mia.az