Ərəblər dünya rekordu qıran məşqçi ilə yenidən anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası Jorge Jesusla müqavilənin daha bir il uzadıb.

Bu barədə klub açıqlama yayıb.

Lakin yeni anlaşmanın detlları gizli saxlanılıb.

Xatırladaq ki, "Fənərbağça”dan ayrıldıqdan sonra “Əl Hilal”ın başına keçən portuqaliyalı çalışdırıcı ilk mövsümündə liqa çempionluğu və Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb. 

69 yaşlı məşqçi mövsüm ərzində ardıcıl 34 matçlıq qələbə seriyası ilə dünya rekordunu da yeniləyib.

Fərid

Mia.az