"Biteksen Antalyaspor"un anlaşdığı braziliyalı məşqçi Aleks de Souza Antalyaya gəlib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Aleksi Antalya Hava Limanı CIP Salonunda klubun sədr müavini Dəniz Əli Yeşil və idarə heyətinin üzvləri qarşılayıblar.

Məlumata görə, hava limanına gələn “Antalyaspor” azarkeşləri onu coşqu ilə salamlayıblar.

Aleks jurnalistlərə açıqlamasında yenidən Türkiyəyə gəldiyi üçün çox xoşbəxt olduğunu söyləyib. O, türkcə ""Antalyaspor" ən böyükdür" deyib: "Bundan sonra işimizə baxacağıq. Komanda üçün yaxşı işlər görməyə çalışacağıq".

Fərid

MİA.AZ