Klub prezidenti seçkilərinə günlər qalmış "Fənərbağça"nın prezidenti Ali Koçdan sürpriz transfer həmləsi gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandanın baş məşqçisi ilə yanaşı, Edin Dzekonun da komandadan göndəriləcəyi müzakirə olunduğu məqamda, "Fənərbağça" klubunun rəhbəri Ali Koç Fransa millisnin əlcəzairli ulduzu Kərim Benzema ilə demək olar ki, anlaşıb.
Məlumata görə, tərəflər ötən həftə Yunanıstanın Samos adasında görüşüblər: "Onlar öz aralarında razılaşıblar ki, seçkidən sonra rəsmən danışıqlara başlasınlar..."
Fərid
MİA.AZ