"MKE Ankaragücü" klubunun baş məşqçisi Emre Belözoğlu "Trabzonspor" matçından sonra azarkeşlərdən üzrə istəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Trabzonspor”a səfərdə 4:2 hesabı ilə uduzduqdan sonra Trendyol Super Liqasınə tərk edən sonuncu komanda olan baş məşqçi Emre Belözoğlu yaranmış vəziyyətə görə özünü günahkar sayıb:

"Həyatımın ən böyük acı təcrübəsini yaşadım. Ömrümün sonuna qədər "Ankaragücü"nə bunu yaşadan insanlardan biri kimi özümü heç vaxt bağışlamayacağam. Mən həqiqətən kədərliyəm...".

Emre Belözoğlu istefası ilə bağlı da sualları cavablandırb. O bildirib ki, klub rəhbəri ilə görüşüb ən qısa zamanda qərar verəcək: "Bunu ilk siz öyrənəcəksiniz. Heç kimlə hələlik görüşmədim...".

Fərid

MİA.AZ