Trendyol Super Liqasını tərk etməsi rəsmiləşən "Pendik Stadionu"nda "Qaziantep FK"-ya 1:0 hesabı ilə uduzduqları matçdan sonra baş məqşçi  İbrahim Üzülməz mətbuat konfransında suallları cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çox acı və pis oyunla final oyunu keçirib, liqanı tərk etdiklərini söyləyib: "Bizim üçün acı final oldu. Matçdan əvvəl "Qaziantep FK"-nın səhvlərimizdən istifadə edəcəyini bildirdik. Təəssüf ki, son oyunda oyunçuları motivasiya etməkj də asan deyil".

Son 11 həftədə komandanın baş məşqçisi olduğunu xatırladan Üzülməz bildirib ki, bu müddətdə komandanı xeyli enerji verib: "Gələcəyimizin necə olacağını bilmirik. İlk gündən prezidentimizlə görüşüb, gələcəklə bağlı yol xəritəsini cızmağa çalışacağıq".

Fərid

MİA.AZ