Ziraat Türkiyə Kuboku bu gün öz sahibini tapacaq. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, finalda “Beşiktaş” və “Trabzonspor” qalib gələcək.

Məlumata görə, "Trabzonspor" kubokun finalına itki ilə çıxacaq: "Mövsümü qırmızı vərəqə ilə cəzalandıran Enis Destanla Hüseyn Türkmen "Beşiktaş"a qarşı oynaya bilməyəcək".

Qeyd edək ki, 16 dəfə finalda oynayan “Beşiktaş” 10 dəfə kuboku qazanıb.

"Trabzonspor" isə bu kuboku 9 dəfə evinə aparıb.

Oyun Bakı vaxtilə saat 21.45-də başlayacaq.

Onu da qeyd edək ki, əcnəbi hakim Dennis Yohan Hiqler final matçında VAR hakimi olacaq.

Fərid
MİA.AZ