Türkiyə millisinin iyunun 18-də Almaniyada başlayacaq Avropa çempionatının (AVRO-2024) F qrupundakı ilk oyununda qarşılaşacağı Gürcüstanın heyəti açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyası açıqlama yayıb.

Açıqlamaya görə, baş məşqçi Villi Saqnol heyətə aşağıdakı 26 futbolçunu çağırıb:

Qapıçı: Giorgi Mamardaşvili (“Valensiya”), Giorgi Loria (“Dinamo Tbilisi”), Luka Quqeşaşvili (“Qarabağ”)

Müdafiəçilər: Solomon Kverkvelia (Əl-Oxdud), Giorgi Qvelesiani (Persepolis), Quram Kaşiya (Slovan Bratislava), Cemal Tabidze (Panetolikos), Laşa Dvali (APOEL), Luka Loçoşvili (Kremon), Otar Kakabadze (Qorakoviya), Giorgi Goçoleişvili (Şaxtyor Donetsk)

Yarımmüdafiəçi: Giorgi Çakvetadze (Uotford), Anzor Mekvabişvili (Universitatea Craiova), Jaba Kankava (Slovan Bratislava), Otar Kiteişvili (Şturm Qrats), Nika Kvekveskiri (Lex Poznan), Giorgi Koçoraşvili (Levante), Sandroelinqşvili (Levante), Sandroelinqer (Panetolikos), Giorgi Tsitaişvili (Dinamo Batumi), Saba Lobjanidze (Atlanta Yunayted)

Hücumçular: Zuriko Davitaşvili (Bordo), Budu Zivzivadze (Karlzuher), Georges Mikautadze (Metz), Giorgi Kvilitaia (APOEL), Xviça Kvaratsxeliya (Napoli)

Qeyd edək ki, çempionat öncəsi iyunun 9-da Monteneqro ilə xüsusi oyun keçirəcək Gürcüstanın yekun heyəti ən geci iyunun 7-dək UEFA-ya bildiriləcək.

Fərid

MİA.AZ