Türkiyənin futbol üzrə 1-ci Liqasında çıxış edən "Adanaspor" klubu satışa çıxaırlıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, "Adanaspor" klubunun iş adamı Ergin Göleliyə satılması üçün danışıqlar başlayıb:
""Adanaspor"un gələcək taleyi ilə bağlı azarkeşlərin məlumatlandırılmasına ehtiyac var. Bu çərçivədə "Adanaspor"un satışı ilə bağlı iş adamı Ergin Göleli ilə danışıqlara başlanılıb. Bu prosesdə klubumuzun maraqları və gələcəyi hər zaman ön planda olacaq və bütün danışıqlar şəffaf şəkildə aparılacaq".
Fərid Aslan
MİA.AZ