Filippin hökuməti "Facebook"u uşaq alverinə şərait yaratmaqda ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Filippinin Sosial Rifah Departamentinin rəhbəri Rex Gatçalian mətbuat konfransında jurnalistlərə açıqlama verib. O, sosial media nəhəngini bu mövzuda bloklanma siyasətindən yayındığını deyib: "Bizim əlimizdə hesabat var. Rəsmi hesabata və araşdırmaya əsasən, 2023-də "Facebook" insan alverinə, xüsusilə yeni doğulmuş körpələrin satışı ilə bağlı heç bir elan əngəlləməyib. Halbuki bu haqda onlara dəfələrlə məlumat verilib. Lakin bizim məktublara cavab verilməyib".

Departament rəhbəri yenidən "Facebook" rəhbərliyinə müraciət edərək bu cür elanların bloklanmasını tələıb edib.

Firudin Səfərli

MİA.AZ