"Fənərbağça"nın yanvar ayında heyətinə qatdığı təcrübəli futbolçu Leonardo Bonuççi mövsümün sonunda karyerasını bitirəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 37 yaşlı futbolçu ayın sonunda müqaviləsi bitən kimi daha başqa komanda ilə anlaşmayacaq.
Xatırladaq ki, Leonardo Bonuççi "Fənərbağça"nın heyətində cəmi 12 oyunda forma geyinib və cəmi bir ötürmə ilə yadda qalıb.
Onu da qeyd edək ki, Leonardo Bonucci vaxtilə "İnter", "Treviso", "AC Pisa", "Genoa", "Bari", "Yuventus", "Milan" və "Union Berlin" klublarında oynayıb. O, eyni zamanda İtaliya Milli Komandasında 121 oyuna çıxıb və 8 qol vurub.
Fərid
MİA.AZ