May ayının əvvəlində sürpriz qərarla karyerasını bitirdiyini açıqlayan məşhur italyan tennisçi Camila Giorgi axtarışa verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, karyerasını bitirdikdən sonra qısa müddətə "alt paltar"ı reklamına çəkilən 32 yaşlı Giorgi vergidən yayınma, kirayə borcları və kirayə yaşadığı evdən oğurluqda ittiham olunur.

İtaliyanın "La Gazzetta dello Sport" qəzeti yazır ki, ölkənin maliyyə polisi tərəfindən açılan istintaqa o, çağırılsa da gəlməyib: "Bəlli olub ki, Giorgi və ailəsində təqdim edilməmiş vergi bəyannamələri ilə bağlı çoxlu çatışmazlıqlar var. Lakin onlar bunu bilə-bilə ABŞ-a qaçıblar. Giorgi ilə yanaşı, atası Sergio, anası Klaudiya və qardaşları Leandro və Amadeusun da ABŞ-a tələsik köçüblər. Polis bu və başqa bir şikayət üzrə onlar haqda axtarış elan edib".

Qəzet yazıb ki, ABŞ-a getməzdən əvvəl Calenzano şəhərində ev kirayələyən Giorgi ev sahibinə 6 aylıq kirayə haqqını ödəməyib: "O, hətta evi tərk edib ABŞ-aa qaçarkən orada olan bahalı mebeli, qədim İran xalçalarını, hətta antik stol belə götürüb. Ev sahibi zərərinin 50 ilə 100 min avro arası olduğunu iddia edir. O, məşhur tenisçi haqda oğurluq maddəsi ilə cinayət işi açılmasını tələb edir".

Xatırladaq ki, Giorgi dünyanın ən güclü 26 teniscisi arasında yer alır.

Fərid Aslan

MİA.AZ