"Qalatasaray" prezidenti Dursun Özbeklə klubun idman direktorunun ( Sportif AŞ) müavini Erden Timur "Fənərbağça" derbisindən sonra yaşananlarla bağlı mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mətbuat konfransında klub prezidenti ilə rəsmisi arasında fikir ayrılığı yaşanıb.
Tərəflər bir-birlərinin sözlərinə "mədəni" formada " düzəliş" veriblər.
Beləliklə, "Qalatasaray"ın prezidenti Dursun Özbekin fedeasiyada keçirilən tədbirlərin birində "Fənərbağça" prezidenti Ali Koçun "kabadayı" kimi davranması haqda danışarkən Erden Timurla arasında maraqlı dialoq yaşanıb:
Dursun Özbek: "Anlatmaq istəyirəm, İmkan versən, danışaram...
Erden Timur: "Sən bilirsən, başqanım, nə deyim.
Dursun Özbek: Deməli, TFF-də toplantıdayıq. TFF prezidenti yanımda, Ali bəy o biri tərəfdə, Erden yanımda. 20 klub prezidenti və TFF rəsmiləri də oradadır. Bir olay oldu, tam xatırlamıram. Ali bəy birdən qəzəblə ayağa qalxaraq, barmağını yelləyərək Erdenə "səhvəmsə, düzəldərsən" dedi,
Erden Timur: "Nə dediyini dəqiq xatırlamıram, təxmini elə bir söz dedi. Bir nəfərə diqqət elə, belə bir şey dedi hər halda.
Dursun Özbek: “Səni məhv edəcəm, barmağını silkələdi. Dedi, "sən Koç ailəsini tanımırsan, səni məhv edəcəm, iş həyatını, ticarətini bitirəcəm. gecələr yata bilməyəcəksən”.
Erden Timur: Yox, konkret o sözləri demədi, başqanım, ona yaxın bir şey dedi.
Dursun Özbek:"Erden, mən də ayağa qalxıb dedim ki, sən nə danışırsan? Sən kimsən, yerində dedim ...
Dursun Özbek bu sözləri deyərkən isə Erden Timurun narazılığı gözlərndən və üz cizgilərindən aydın sezilirdi...
Fərid
MİA.AZ