"Qalatasaray" klubunun prezidenti Dursun Özbekin ötən axşamkı derbidən sonra "Fənərbağça" prezidenti Ali Koçun klubun bazasında bir işçi döyməsinə "cəsaərtin varsa, dur gəl bura" çağırışına qarşı tərəfdən sərt cavab gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça"nın prezidenti Ali Koç Dursun Özbekə belə cavab verib:

"Mənə meydan oxuyur, duelə çağırır? 2 ildir ki, məni duelə, daha dəqiqi, onu debata çağırıram. Gəl, iki prezidentin əsl kimliyini, cəsarətini, dürüstlüyünü müzakirə edək"

Dünən axşam "Fənərbaxça"nın səfərdə "Qalatasaray"a 1:0 hesabı ilə qalib gəlməsini tarixi qələbə sayan Ali Koçun sözlərinə görə, bu qələbə "Fənərbaxça" cameasına, 7-dən 70-ə qədər hər kəsə, xüsusilə də uşaqlara hədiyyədir: "Əslində bu, sadəcə derbi qələbəsidir. Digər tərəfdən baxsanız, onlara derbi qələbəsindən daha çox çempionluğu öz meydanında qeyd etməsinə icazə vermədik, onların məğlubiyyətsiz seriyasını qırdıq, 10 futbolçu ilə bu atmosferdə oynamağımıza baxmayaraq, qəhrəmancasına mübarizə apardılar və bu hakimə rəğmən ümidimizi son həftəyə daşıdıq. Şərəfsiz, şəxsiyyətsizlərin oyununu, sistemini pozduq. Biz əslində bu sezon hamıya qalib gəldik. 6 derbidən 4-də qalib gəldik, 1 heç-heçə, 1 məğlubiyyət aldıq. Ancaq bəlli dairələrin kirli sistemə qalib gələ bilmədik. Azarkeşlərə deyirəm, demək olar ki, ona da qalib gəlmək üzrəyik. Bu sistem belə davam edə bilməz Bu şərtlər altında əcnəbi hakimlər tələbimiz aydın görünmürmü?".

Koç daha sonra Özbəyə yenidən çağıırş edib: "Yuxunu çox qaçırmayım, ancaq dəliqanlıqdan dəm vurursansa, mən hətta "Qalatasaray" TV-də səninlə debata hazıram. Kinayəli danışma. İstəyirsə, bu gün çıxaq. Mən çox şadam ki, o, artıq cəsaərt toplaya bilib. Hansı mühitdə istəsə, 5 günə, 5 gecə debata hazıram, liqa bitməmiş  üz-üzə gələk...".

Fərid Aslan

MİA.AZ