"Qalatasaray" klubunun prezidenti Dursun Özbek ötən axşamkı derbidən sonra baş verənlərlə bağlı qəzəbli açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, xeyli adamla "Qalatasaray"ın bazasına hücum çəkərək işçilərdən birini döyən "Fənərbağça" prezidenti Ali Koça səslənərək hodri meydan deyib: "Dəliqanlısansa, dur gəl bura. Burdayanm, gözləyirəm səni".

Dursun Özbek daha sonra deyib: "Bu qədər ərköyünlük, bu qanuna sayğısızlıq olmaz. Burda ağlasığmaz söyüşlər ediblər. Onun bizim işçilərdən birini döydüyünə dair video çəkilişlər var. Burada işləyən dostlardan birini vurublar. Yenə deyirəm, bu qədər cəsarətin var, gəl, buradayam. Baxın, matç oynanıldı və bitdi. Hər iki komandanın azarkeşləri stadionu tərk etdi. Mən də getdim. Sonra hadisələri eşidən kimi qayıtdım. Ali Koçun 40-50 nəfərlə bura gəlməsi, adam döyməsi qəbul olunan deyil. Ali Koç bu cəsarəti haradan alır? Liqa başladığından bəri, "Hakimləri döyün, hakimləri yumruqlayın, hakimlərin təqib edib" deyən bu zat indi də bura bir qrupla gəlib hücum çəkir. Sən bu cəsarəti haradan alırsan? Mən buradan dövlətə səslənirəm. Mən daxili işlər nazirinə və polis rəisinə səslənirəm. Polislər haradadır? Onun polis nəzarəti altında sahəyə girməkdə məqsədi nədir? Nədir bu təxribat?!

İndi dövlət buna görə cavab verməlidir. Polis, ədliyyə naziri, daxili işlər naziri bu işə qarışmalıdır".

Fərid Aslan

MİA.AZ