"Artıq son turda "TÜMOSAN Konyaspor"la səfər matçından qalib ayrılaraq çempionluğa yüksələcəyik"
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk 1-0 uduzduqları "Fənərbağça" derbisindən sonra mətbuat konfransında deyib.
O qeyd edib ki, bu məğlubiyyətlə aradakı fərq 3-ə enib: "Konyada əldə edəcəyimiz bir xal bizi çempionluğa daşıyacaq. Açığı, arzumuz, fikrimiz çempionluğu bu derbidə bu gün qeyd etmək idi. Matçın əvvəlindən sona kimi, biz buna çalışdıq. Bəli, biz bu oyunda çempionluq istədik, 10 oyunçu ilə qalan rəqib isə itirəcək heç nəyi yox idi deyə psixoloji üstünlüyə yiyələnərək qalib gəldi...".
Zülfiyyə
MİA.AZ