İngiltərə Premyer Liqasının son həftəsində "Mançester Siti" "Vest Hem Yunayted"i 3:1 hesabı ilə məğlub edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu qələbə sayəsində ispan baş məşqçi Xosep Qvardiolanın sükanı arxasında olan “Mançester Siti” 91 xalla 4-cü dəfə ardıcıl çempionluğa yüksəlib.
Turun digər qarşılaşmasında isə "Arsenal" "Everton"a 2-1 qalib gəlsə də, "Siti"nin qələbəsi bu komandanın çempionluq şansını bloklayıb.
Bu arada isə "Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasında son matçına çıxıb.
Kloppun rəhbərliyi altında son matçda "Vulverhempton"u qəbul edən "qırmızılar" 34-cü dəqiqədə Aleksis Mak Allister və 40-cı dəqiqədə Jarell Kuansahın vurduğu qollarla matçda 2:0 hesablı qələbə qazanıb. Klopp oyundan sonra azarkeşlərlə vidalaşıb.
Bu nəticələrdən sonra “Mançester Siti” 91, “Arsenal” 89, “Liverpul” 82, “Aston Villa” 68, “Tottenhem” 66 və “Çelsi” 63 xalla 1 və 6-cı yerləri ardıcıllıqla tutublar.
Fərid Aslan
MİA.AZ