Türkiyə superliqasında bu gün "Fənərbağça" səfərdə "Qalatasaray"la üz-üəz gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, derbidən "Fənərbağça" qalib ayrılıb - 0:1.
Oyundakı yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.
Onu da qeyd edək ki, "Fənərbağça" 21-ci dəqiqədən etibarən 10 nəfərlə oynayıb.
Belə ki, Aleksandr Djiku matçın 21-ci dəqiqəsində qırmızı vərəqə ilə meydandan qovulub.
Bu qələbə ilə xallarını 96-ya yüksəldən "Fənərbağça" "Qalatasaray"la xal fərqini 3-ə endirib və çempionluq şansını son oyuna saxlayıb.
Xatırladaq ki, son turda “Fənərbaxça” aşağı liqadan düşmüş “İstanbulspor”u qəbul edəcək. "Qalatasaray" səfərdə "TÜMOSAN Konyaspor"la qarşılaşacaq.
Fərid
MİA.AZ