Dünyanın ən məşhur qadın futbolçularından biri ABŞ yığmasının qapıçısı Huop Solo əri ilə birlikdə saxlanılıb. 

ANS PRESS-in məlumatına görə, Houp Solo evdə təşkil edilmiş şənlikdən sonra bacısı və xalası qızına qarşı zor tətbiq edib. Polisin araşdırmaları nəticəsində məlum olub ki, məşhur qapıçı qeyd edilən şəxsləri döyüb. Onların üzərində zorakılıq əlamətləri aşkarlanıb.

Qeyd edək ki, 2012-ci ildə də Houp Solo əri ilə birlikdə yoldan keçən cütlüklə dalaşdığı üçün saxlanılmışdı.