"Beşiktaş"ın prezidenti Hasan Arat "Biz daha çox türk məşqçilərə üstünlük verəcəyik" sözlərindən sonra gözlər "Antaliya"dan ayrılamq üzrə olan Sergen Yalçına çevrilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub yetkiləri ilə Sergen Yalçın arasında ilk görüş olub.
İddiaya gərə, o, "Beşiktaş"a yeni şərtlərini irəli sürüb: "Sergen 3 şərt irəli sürüb. O, bir illik müqavilə, köməkçilərini və komandanı formalaşdırmaq haqqı, həmçinin hazırkı heyətdən 8-9 futbolçunun göndərilməsini və ən azı 6 yeni futbolçunun alınmasını tələb edib. Əgər bu şərtlərə arzılıq verilərsə, o, "Başiktaş"la anlaşacaq".
Fərid
MİA.AZ