1904-cü ildə əsası qoyulan Belçikanın köklü klublarından biri olan "Ostend" müflis olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub yaranan böyük məbləğdə borclarını ödəyə bilmədiyi üçün gələn il lisenziya ala bilməyəcək.
Məlumata görə, hzırda Belçika 2-ci Liqasında mübarizə aparan və aşağı liqaya düşmək təhlükəsi ilə üzləşən klub bu səbəbdən müflis olduğunu rəsmən elan edəcək.
Klub meneceri Verner Van Oostervyck yayılan xəbəri təsdiqləyib: "Lisenziya ala bilməsək, sözsüz ki, həvəskarlar liqasına düşəcəyik, amma orada böyük borc yükünün əsla ödəmək mümkün olmayacaq. Ona görə də müflis elanını bəyan etməkdən başqa çarə olmayacaq. İyunun 3-də iflas qərarını rəsmən açıqlayacağıq".
Fərid
MİA.AZ