"Fənərbağça"nın keçmiş futbolçusu Emmanuel Emenike yenidən prezidentliyə namizəd olan Əziz Yıldırımı təbrik edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Əziz Yıldırımla birgə fotolarını paylaşaraq yazıb: "Böyük başqan".
Emmanuel Emenike daha sonra sosial media hesabından "Qalatasaray"ı aşağılayan mesaj yayıb: "Aslanlar pişik oldu, myoo...".
Onun bu paylaşımına "Qalatasaray"lılar kəskin şərhlər yazıblar.
Fərid
MİA.AZ