Bakıda axtarışda olan qadın saxlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətdən Mia.az-a bildirilib ki, Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, hazırda axtarışda olan şəxs Əhmədova İlhamə Miraslan qızı saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.