Yunanıstan Superliqasının pley-off mərhələsində Fatih Terimin çalışdırdığı “Panatinaikos” səfərdə rumıniyalı məşqçi Mirça Luçeskunun oğlu Razvanın sükanı arxasında olduğu PAOK-la oyundan məğlub ayrılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Panatinaikos” PAOK-a 4:1 hesabı ilə məğlub olaraq çempionluq ümidlərini itirib.

Belə ki, pley-off matçının 9-cu həftəsində "Panatinaikos"u qəbul edən PAOK 37-ci dəqiqədə Taisonun vurduğu qolla 1:0 önə keçib.

Meydan sahibləri 72-ci dəqiqədə Andrija Zivkoviçin penaltidən vurduğu fərqi 2-yə çatdıırb.

Terimin sükanı arxasında olduğu "Panatinaikos" 78-ci dəqiqədə Aleksandr Jeremejeffin qolu ilə fərqi 1-ə endirib.

Ancaq PAOK 89-cu dəqiqədə Vieirinha, 90+2-də isə Zivkoviçin dəqiqədə vurduğu qollar hesabı 4-1-ə çatdırıb.

Beləliklə, PAOK liderlik kürsüsünə sahiblənib. Çünki günün digər oyununda "Olimpiakos" ev sahibi AEK-ə 2:0 hesabı ilə qalib gələrək onu liderlik taxtından salıb.

Bu nəticələrdən sonra PAOK 77 xalla zirvədə, AEK 75 xalla ikinci, Olimpiakos 73 xalla üçüncü, "Panatinaikos" 71 xalla dördüncü sırada qərarlaşıb.

Fərid Aslan

MİA.AZ