Ankara Polis İdarəsinin 4 zabiti saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar bir müddət əvəvl həbs olunan mafiya lideri Ayhan Bora Kaplan cinayət üzrə istintaqa cəlb olunub.
İddiaya görə, həmin polis zabitləri kriminal şəxsin həbsini küçənin ortasında həyata keçirənlər olub: "Artıq həmin zabitlər haqda həbs tədbiri seçilib".
Nazir Ali Yerlikaya isə bildirib ki, polis zabitrlərinin həbsi barədə ən xırda detallar, o cümlədən telefon danşıqlarının stenoqramı ictimaiyyətlə paylaşılacaq.
Türkiyə mətbuatı həmin zabitlərin adlarını və fotolarını yayıb.
Belə ki, Ayhan Bora Kaplanı saxlayan Ankara polis rəis müavini Murat Çətin (Yazıda yer alan fotolarda pencəkli- Mia.az) , Mütəşəkkil Şöbənin müdir müavini Şevket Dəmircan (yaşıl köynəkli) və komissar Ufuk Gültekin (ağ koftalı) olub.
Firudin Səfərli
MİA.AZ