İsrail Qətərə məxsus "Əl-Cəzirə" kanalının ölkədə və İordan çayının qərb sahilində yayımını qadağan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Gallant açıqlama verib.
O bildirib ki, Qətər mərkəzli "Əl-Cəzirə" kanalı bölgədə gedən hadisələri qərəzli işıqlandırdığı üçün yayımı qadağan edilib: "Qərar bu gündən qüvvəyə minib".
İsrail ordusuna bağlı radionun verdiyi xəbərə görə, əslində, Təl-Əviv hökuməti bu qadağa haqda mayın 5-də qərar qəbul edib.
Zülfiyyə
MİA.AZ