Bakıda 202 nəfərə 498175 manat zərər vuran qadın tutulub.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
O, bildirib ki, "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova vətəndaşların viza məsələlərini həll edəcəyi ilə bağlı yalan vədlər verib.
Qeyd edək ki, "Avion Travel" 2017-ci ildən fəaliyyət göstərir. Bundan əvvəl MMC haqqında bir sıra şikayətlər var idi.