Aparıcı Namidə İsayeva mətbuat katibi təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında açıqlama verib.

Bildirib ki, o, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlər çox, məsuliyyət böyük”.

Xatırladaq ki, əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi kimi başlayan N.İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.

2019-cu ildən Lider TV-də “Həkimim” verilişində, daha sonra Xəzər FM-də yayımlanan “Radio Doktor” verilişi və ARB telekanalında yayımlanan “Yeni mən” verilişində layihə rəhbəri və aparıcı, 2022-ci ildən “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri olaraq fəaliyyətini davam etdirib.