Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin hərbi qulluqçuları Xəzər dənizinin Azərbaycana mənsub sularında narkotik vasitə aşkar ediblər.
Mia.az DSX-nin Mətbuat Xidmətinə isinadla xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycana mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.