"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasındakı futbolçuların performansı haqda danışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "Alaves"lə oyundan əvvəl mətbuat konfransında bu mövsüm onu təəccübləndirən futbolçularla bağlı sualı cavablandırıb: "Məsələn, Fran Qarsia xüsusilə başla oyunlarda çox yaxşı iş gördü. Joselu və Brahim eyni şəkildə məni təəəccübləndirdilər. Seballos müxtəlif səbəblərdən layiq olduğu oyun vaxtını ala bilmədi. Zədə problemi olmasaydı,Arda Gülər də daha çox oyun vaxtı qazana bilərdi. Bu oyunçuılar, ümumilikdə komanbda bu sezon böyük işlər gördülər. Oyunçulara təşəkkür edirəm, çox rahat bir mövsüm oldu".
Peşəkar karyerasında hazırda çox yaxşı və rahat olduğunu vurğulayan Ançelotti hazırda əsas diqqətinin 1 iyunda "Borussiya Dortmund"la final matçına kökləndiyini deyib: "Yaxınlarda nə olacağını düşünəndə həyəcanlanıram. İndi mətbuat konfransları təzyiqsiz və son dərəcə xoş keçir. Ancaq bilirəm ki, gec-tez sərt tənqidlər olacaq”.
Fərid Aslan
MİA.AZ