Avropanın müxtəlif ölkələrində yaşayan söyüşcül mühacirlər barəsində həmin ölkələrdə cinayət təqibi başlanıb.
Mia.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.
Bildirilir ki, buna səbəb isə youtube üzərindən ayrı-ayrı şəxsləri təhqir və şantaj edən bu şəxslər onlara qarşı kampaniyanı dayandırmaq üçün hədəf seçdikləri adamlardan aldıqları pullardır.
Onların özlərinə, yaxınlarına və təqdim etdikləri bank hesablarına köçürülən bu vəsaitlər isə xüsusi nəzarət altında həyata keçirilib.
Belə ki, zərərçəkənlər həmin vəsaitləri bu şəxslərə ötürməzdən öncə həmin ölkələrin hüquq-mühafizə orqanlarını bilgiləndirib.
Avropaya daxil olan bu vəsaitlərin isə mənbəyi göstərilməyib.
Əldə etdiyimiz məlumatda həmin şəxslərdən bir neçəsinin artıq yerli prokurorluqda dindirilib.