Türkiyə Super Liqasının 36-cı turunda "Fənərbağça" Burak Yılmazın baş məşqçisi olduğu "Kayserispor"u sınağa çəkib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbaxça" oyundan qalib ayrılıb - 3:0.
Qolları 18-ci dəqiqədə Batshuayi, 43-cü dəqiqədə Alexander Djiku və 59-cu dəqiqədə Çağlar Söyüncü vurub.
Bu qələbə ilə xalını 93-ə yüksəldən "Fənərbağça" 99 xalla sahib olan lider "Qalatasaray"ı izləməyə davam edib.
Fərid Aslan
MİA.AZ